...

Belçika Konqonu satınalma yolu ilə müstəmləkəyə çevirmişdi - Tədqiqatçı jurnalist

Cəmiyyət Materials 30 Oktyabr 2025 10:45 (UTC +04:00)
Belçika Konqonu satınalma yolu ilə müstəmləkəyə çevirmişdi - Tədqiqatçı jurnalist
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Belçika Konqonu satınalma yolu ilə müstəmləkəyə çevirmişdi. Konqonun Belçika tərəfindən müstəmləkələşdirilməsi digər Afrika ölkələrinin müstəmləkəyə çevrilməsi ilə müqayisə oluna bilməz, çünki bu, dövlət səviyyəsində aparılan müstəmləkəçilik idi.

Trend xəbər verir ki, bu fikirləri Bu gün Bakı Dövlət Universitetində müəllim və tələbə heyəti ilə “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları” mövzusunda müzakirələrdə çıxışı zamanı Tədqiqatçı jurnalist Dyeedonne Kvebe deyib.

O, bildirib ki, Belçika nümunəsində isə vəziyyət fərqli olub:

“Bu cinayətlərin müəllifi olan Kral II Leopoldun kreditorları idi”.

Tədqiqatçı jurnalist əlavə edib ki, kreditorlara Berlin Beynəlxalq Konfransının (26 fevral 1885-ci ildə başa çatan) qərarı ilə Konqonun “Azad Dövləti” inkişaf etdirmək üçün mandat verilmişdi.

Xəbər lenti

Xəbər lenti