...

Sentyabrda müavinət və təqaüd alanların sayı açıqlandı

Cəmiyyət Materials 31 Oktyabr 2025 09:47 (UTC +04:00)
Sentyabrda müavinət və təqaüd alanların sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sentyabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 860 min nəfərdən çox olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 458,4 min nəfərdən çoxunu aylıq sosial müavinət, 401,5 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti