...

Mədəniyyət Nazirliyi saxta məlumatlara qarşı xəbərdarlıq edib

Cəmiyyət Materials 11 Noyabr 2025 22:10 (UTC +04:00)
Mədəniyyət Nazirliyi saxta məlumatlara qarşı xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılmışdır.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara istinad edilməsini zəruri hesab edir.

Qeyd edirik ki, rəsmi təsdiqini tapmamış, qərəzli və dövlət qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır.

Xəbər lenti

Xəbər lenti