Bakı. Trend:
Prezident İlham Əliyev tərəfindən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə əmək fəaliyyətinə cəlb edilməsinin asanlaşdırılması, onların bilik-bacarıqlarının ölkəmizin sosial-iqtisadi inkişafına yönləndirilməsi məqsədilə müvafiq sərəncam imzalanıb, yüksəkixtisaslı miqrant proqramı təsis edilib.
Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Yüksəkixtisaslı Miqrant Portalının təqdimatı çərviçəsində keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
“Bu proqram çərçivəsində müraciətlərin qəbulu, baxılması, cavablandlrılmasının "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq portalın yaradılması barədə tapşırıq verilib. Qanunvericilik təkmilləşdirilib, müəyyən şəxslərə güzəştlərin edilməsi müəyyənləşib”,- o əlavə edib.
V.Hüseynov qeyd edib k, bu sahədə tətbiq olunan meyarlar var.
“Əcnəbilər qeydiyyatdan keçərkən xüsusi bacarıqlarını qeyd etməklə tələb olunan 100 baldan minimum 70 balı topladığı halda bu həddi keçmiş sayılır”.
O qeyd edib ki, əcnəbilərin bu müraciətlərinə aidiyyəti dövlət qurumları tərəfindən baxılır.
DMX rəisi bildirib ki, portal pass.gov.az kimi müəyyən edilib:
“Portalın əcnəbilərə xitab etdiyi nəzərə alınaraq dili ingilis dilində seçilib. Qlobal sahədə bu yöndə böyük rəqabət var. Azərbaycan da bu proqramı tətbiq etməklə həmin yarışa qoşulur”.
V.Hüseynovun qeyd edib ki, portal 4 dildə fəaliyyət göstərir.
“Yüksəkixtisaslı əcnəbi olduğunu düşünənlər bu proqramda qeydiyyatdan keçə bilər. Qiymətləndirmənin nəticəsi müsbət hesab edilərsə, proqram 20 gün ərzində bu məlumatı qəbul edir. Bunun əsasında müraciət edən şəxs Azərbaycanda sadələşdirilmiş qaydada viza əldə etmək və ailə üzvləri ilə yaşama icazəsi əldə edə bilər. Həmçinin yaşama icazələri, vətəndaşlığa qəbul etmək üçün müraciət etmək imkanı əldə edə bilər. Bu şəxslər həmçinin iş icazəsindən azaddır”,- deyə V.Hüseynov əlavə edib.
