...

Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsində qaz olmayacaq

Cəmiyyət Materials 2 Dekabr 2025 16:47 (UTC +04:00)
Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsində qaz olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabah Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Şəhər-1 və Şəhər-3 xətlərində təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, Kimyaçılar qəsəbəsi, Xəzər bağları, Kotec qəsəbəsi, Bulvar ərazisi, 1-2-3-4-5-7-8-12-14-15-16-17-18-19-20-21-22-23-24-25-26-29-30-34-36-45-ci məhəllələr və 1-2-5-6-cı mikrorayonlarda noyabrın 3-ü saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaqdır.

Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ərazilərdə ümumilikdə 45000 istehlakçının qaz təchizatında fasilə yaranacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti