Bakı. Trend:
Azərbaycanda elmin inkişafına dair strateji plan formalaşdırılmalıdır.
Trend xəbər verir ki, bunu bu gün bunu bu gün Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər" mövzusunda keçirilən dəyirmi masada Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyey çıxışında bildirib.
Onun sözlərinə görə, qarşıda duran əsas problem gənclərin elmə maraqsız yanaşmasıdır:
"Prezident İlham Əliyev AMEA-dakı çıxışında qeyd etdiyi kimi, Azərbaycanda elmin inkişafına dair strateji yanaşma formalaşdırılmalıdır. Elmin müxtəlif sahələri üzrə mütəxəssislər bir araya gəlməli və müzakirələr aparmalıdır.
Bu gün ölkədə gənclər elmi araşdırmalara və tədqiqatlara kifayət qədər maraq göstərmirlər. Gənclərin elm sahəsinə maraq göstərməməsinin səbəbləri ciddi araşdırılmalı və problemlər həll edilməlidir. Qarşıda duran ən mühüm məsələ budur".
