...

Yanğın-xilasetmə idmanı üzrə növbəti dünya çempionatı Azərbaycanda keçirilə bilər

Cəmiyyət Materials 3 Dekabr 2025 10:57 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycanda növbəti il keçiriləcək yanğın-xilasetmə idmanı üzrə dünya çempionatının keçirilməsi nəzərdə tutulan idman bazasına da baxacağıq və onun harada keçiriləcəyi ilə bağlı yekun qərar verəcəyik.

Trend xəbər verir ki, bu barədə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransında bildirib.

Federasiya rəhbəri Azərbaycanda mövcüd infrastrukun qənaətbəxş olacağı təqdirdə, növbəti yanğın-xilasetmə idmanı üzrə növbəti dünya çempionatının Azərbaycan keçirilməsini istisna etməyib.

“Hazırda beynəlxalq federasiya üç qitədən 35 ölkə tərəfindən təmsil olunur. Çempionatların keçirildiyi coğrafiya genişlənir”, - Çuprian qeyd edib.

Xəbər lenti

Xəbər lenti