...

Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq

Cəmiyyət Materials 3 Dekabr 2025 12:50 (UTC +04:00)
Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə bərabər sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti