Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin bugünkü birgə iclasında müzakirə olunub.
Aidə Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
