...

Azərbaycan-Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır - Şöbə müdiri

Cəmiyyət Materials 5 Dekabr 2025 12:17 (UTC +04:00)
Azərbaycan-Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır - Şöbə müdiri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İctimai informasiyanın düzgün şəkildə çatdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi mövzusunda təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumunda Gürcüstandan 40-dan çox media nümayəndəsi və ekspert iştirak edir.

Trend xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

S.Şəfiyev bildirib ki, informasiya təhlükəsizliyinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi, media sahəsində qurumlararası koordinasiyanın artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan Azərbaycan–Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır.

Şöbə müdiri əlavə edib ki, Azərbaycan və Gürcüstan arasında formalaşan tərəfdaşlığın, ortaq regional yanaşmaların inkişaf etdirilməsi baxımından Forum xüsusi əhəmiyyətə malikdir.

Xəbər lenti

Xəbər lenti