...

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Cəmiyyət Materials 5 Dekabr 2025 17:05 (UTC +04:00)
Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 34 ünvanında, Yevlax rayonu Yeni Çobankərə kəndi və Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti