...

Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2025 11:35 (UTC +04:00)
Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı.Trend:

Dekabrın 12-də Xocalı rayonunun Ballıca kəndində Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220 ağac əkilib.

Aksiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli, xüsusi nümayəndəliyin və xidmətin əməkdaşları, yerli sakinlər və Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan Həşimov, Memorialın baş hakim Rauf Hacılı, Vüqar Həşimov Fondunun direktoru Anar Allahverdiyev də içtirak edib.

Əkilən ağaclara ilkin qulluq göstərilib, suvarma işləri həyata keçirilib.

Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti