Bakı. Trend:
Müdafiə Nazirliyinin "İstirahət evi"nin sabiq rəisi İlham Haqverdiyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub.
Trend xəbər veri ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.
Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib. İlham Haqverdiyevin həbs müddəti 1 ay 20 gün müddətə uzadılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
