Bakı. Trend:
"Hyundai" yanğın təhlükəsi səbəbindən ABŞ-də 51 mindən çox avtomobili geri çağırır.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) naqillərin düzgün quraşdırılmaması nəticəsində qoşqu işıqlarında qısaqapanma baş verməsinin, bunun da yanğın riskini artıra biləcəyini qeyd edib.
NHTSA qeyd edib ki, təhlükə tam aradan qaldırılana qədər avtomobil sahiblərinə nəqliyyat vasitələrini binalardan kənarda və açıq sahələrdə saxlamaları tövsiyə olunur. Dilerlər isə qoşqu naqillərini pulsuz şəkildə dəyişdirəcəklər.
