...

Maştağa və Bilgəh bağlarından oğurluq edən şəxs saxlanıldı

Cəmiyyət Materials 25 Dekabr 2025 10:59 (UTC +04:00)
Maştağa və Bilgəh bağlarından oğurluq edən şəxs saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa və Bilgəh qəsəbəsindəki bağ massivlərindən 1160 manat nağd pul, 2875 manat dəyərində məişət, təmir-tikinti alətləri və 800 manatlıq qızıl-zinət əşyalarını talayıb.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 49 yaşlı İsmayıl Nuriyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti