Ölkəyə gətirilən bir ədəddən çox telefona 100 manat aksiz vergisi tətbiq ediləcək

Cəmiyyət Materials 6 Noyabr 2025 11:00 (UTC +04:00)
Ölkəyə gətirilən bir ədəddən çox telefona 100 manat aksiz vergisi tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana idxal olunan mobil cihazlar aksizli malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində mobil cihazların aksizli malların siyahısına əlavə olunması və hər ədədinə görə 20 manat məbləğində aksiz vergisinin müəyyən edilməsi, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində bir ədəd mobil cihazın gətirilməsi təklif olunur.

“Dövlət rüsumu haqqında” Qanunda təklif olunan dəyişikliyə əsasən isə, fiziki şəxs tərəfindən təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil cihaza görə 100 manat məbləğində (hər biri üçün) dövlət rüsumu müəyyən ediləcək.

Bu halda fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumları (mobil cihazın dəyərinə əsasən müəyyən olunan dövlət rüsumları) tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti