...

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Cəmiyyət Materials 29 Dekabr 2025 14:05 (UTC +04:00)
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

"Məşğulluq haqqında" Qanuna əsasən, Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" Qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi qeyri-formal məşğulluq hesab edilir.

Qanuna əsasən, qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, bu Qanunun yuxarıda müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.

Qeyri-formal məşğulluğun təsir dairəsinə şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti