...

Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir

Cəmiyyət Materials 29 Dekabr 2025 14:33 (UTC +04:00)
Yük avtomobillərinin ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azaddır.

"Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə yük avtomobillərinin ehtiyat hissələrinin idxalı 2026-cı il yanvarın 1-dən 7 il müddətinə gömrük rüsumlarından azad ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti