...

İri neft emalı zavodları üçün materialların idxalının ƏDV-dən azadolma müddəti artırılır

Cəmiyyət Materials 29 Dekabr 2025 14:54 (UTC +04:00)
İri neft emalı zavodları üçün materialların idxalının ƏDV-dən azadolma müddəti artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı 2029-cu il yanvarın 1-dək müddətinə ƏDV-dən azad ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsinin maliyyə xərclərinin azaldılması, cəlb olunan vəsaitlərin birbaşa investisiyaya yönəldilməsi, AVRO-5 standartlarına uyğun benzin və dizel istehsalı məqsədilə zavodun yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsi müddətinin daha 3 il artırılması təklif edilir.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, sözügedən güzəştlər 2021-ci il yanvarın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il yanvarın 1-də başa çatacaqdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti