Bakı. Trend:
TƏBİB-in nəzdindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi dünyaya gəlib.
TƏBİB-dən Trend-ə bildriilib ki, 01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır.
Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir..
