Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
"Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Baic” markalı minik avtomobilində 5 nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib", - FHN-dən bildirilib.
