...

Ötən il məişət zorakılığına məruz qalanların əksəriyyəti qadın və uşaqlardır – Dövlət Komitəsi

Cəmiyyət Materials 8 Yanvar 2026 13:07 (UTC +04:00)
Ötən il məişət zorakılığına məruz qalanların əksəriyyəti qadın və uşaqlardır – Dövlət Komitəsi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 558 müraciət daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin Məişət Zorakılığının Qarşısının Alınması Sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm yalnız birbaşa Komitəyə ünvanlanan müraciətləri əhatə edir:

“2025-ci ildə məişət zorakılığına məruz qalanların əksəriyyəti qadın və uşaqlardır. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2025-ci ildə daxil olan 558 məişət zorakılığı müraciətinə əsasən, zorakılığa məruz qalanların 539-u qadın, 515-i uşaq, 83-ü isə kişi olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti