Bakı. Trend:
2025-ci ildə daxil olan Komitəyə daxil olan 558 məişət zorakılığından 343-ü fiziki zorakılıqla bağlı olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat Şöbəsinin Məişət Zorakılığının Qarşısının Alınması Sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu göstəricilər məişət zorakılığı hallarının daha çox fiziki və psixoloji zorakılıq formasında təzahür etdiyini göstərir:
“Statistikaya əsasən, müraciətlərin 343-ü fiziki, 169-u psixoloji, 35-i iqtisadi və 11-i isə cinsi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalanların əksəriyyəti uşaq və qadınlardır. Kişilərər fiziki zorakılıqla bağlı müraciət olmayıb. Zorakılığa məruz qalan kişilər əsasən psixi və iqtisadi zorakılıqla üzləşiblər”.
