...

Hakimlərin Seçki Komitəsinin səlahiyyətləri artırıldı

Cəmiyyət Materials 21 Yanvar 2026 17:00 (UTC +04:00)
Hakimlərin Seçki Komitəsinin səlahiyyətləri artırıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, Hakimlərin Seçki Komitəsi ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlim proqramını Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birlikdə hazırlayır və Məhkəmə-Hüquq Şurası ilə razılaşdırmaqla təsdiq, həmçinin ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimi və hakimlərin davamlı tədrisi prosesində iştirak edəcək.

Daha əvvəl Hakimlərin Seçki Komitəsi ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlim proqramının hazırlanmasında və təlim prosesinin müddətinin müəyyən olunmasında iştirak edirdi.

Məlumat üçün bildirək ki, qərar 2025-ci il dekabrın 30-da qəbul edilib, 2026-cı il yanvarın 16-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, yanvarın 17-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti