Bakı. Trend:
Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
Hesabata görə, 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.
