...

Xocalının Badara və Seyidbəyli kəndlərinə qayıdan sakinlərə evlərinin açarları təqdim edildi (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 26 Yanvar 2026 14:35 (UTC +04:00)
Xocalının Badara və Seyidbəyli kəndlərinə qayıdan sakinlərə evlərinin açarları təqdim edildi (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Xocalı rayonunun Seyidbəyli və Badara kəndinə növbəti köç prosesi həyata keçirilib.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, doğma yurda qayıdan keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov salamlayaraq onları əlamətdar hadisə münasibətilə təbrik edib, onlara firavan həyat arzulayıb.

Sonra sakinlərə evlərin açarları təqdim edilib.

Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülüb.

Badara və Seyidbəyli kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

14:35
xxx

Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanları mənzil başına çatdı.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan köç karvanı mənzil başına çatıb.

Mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

Qeyd edək ki, bu köç də nəzərə alınmaqla Badara kəndinə ümumilikdə 73 ailə 286 nəfər, Seyidbəyli kəndinə isə ümumilikdə 69 ailə 250 nəfər qayıdıb. Bununla da Xocalı rayonu üzrə ümumi məskunlaşma 906 ailə, (3700 nəfər) çatdırılıb.

13:52
xxx


Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Badara kəndinə 15 ailə - 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə - 34 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti