...

Ermənistan Azərbaycan nümayəndə heyətini COP17-də görməyə ümid edir

Cəmiyyət Materials 26 Yanvar 2026 18:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.

Nazir qeyd edib ki, Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətinin iştirakına ümid edir:

"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq. Bütün üzv dövlətlər tədbirin tarixləri barədə məlumatlandırılıb. Düşünürəm ki, çox sayda yüksək vəzifəli məmur və nazir iştirak edəcək. Hansı ölkələrin bunu təsdiqləyəcəyi barədə danışmaq hələ tezdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti