Bakı. Trend:
Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası yaradılır.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təhkimolunma prosesinə start verilib və bu il təxminən 3,5 milyon nəfər əhalini əhatə edəcək.
"Ötən il bu say 2,5 milyon idi. 2026-cı ilin 1-ci rübündə Bərdənin əksər kəndləri modul tipli tibb məntəqələri ilə təmin ediləcək.
Ümumilikdə ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur".
