Bakı.Trend:
Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, hadisə 27 yanvar 2026-cı il tarixində baş verib.
Məlumata əsasən, Ağayev Hüseyn Mübariz oğlunun idarə etdiyi “BMW” markalı avtomobil Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 28 May küçəsində hərəkətdə olarkən yolu keçən piyada Bağırov Ələsgər Ağaaləsgər oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
