Bakı. Trend:
Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var.
Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb
küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət
80-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar
tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda
gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı
var.
