...

Minimum əmək haqqı ilə bağlı nə dəyişir? – Deputat açıqladı

Cəmiyyət Materials 2 Fevral 2026 15:37 (UTC +04:00)
Minimum əmək haqqı ilə bağlı nə dəyişir? – Deputat açıqladı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əmək məcəlləsinə təklif edilən dəyişiklik minimum əmək haqqının məbləğinin müəyyən edilməsinin dövriliyini nəzərdə tutur və mühüm mütərəqqi əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi nzamanı deyib.

Komitə sədri xatırladıb ki, mövcud qanunvericiliyə görə, ölkəmizdə əmək haqqının minimum məbləği Nazirlər Kabinetinin təklifinə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müəyyən olunur. Hökumət tərəfindən təkliflər hazırlanarkən ölkənin sosial-iqtisadi vəziyyəti, yaşayış minimumu, əhalinin gəlirləri, infilyasiya, əmək bazarında vəziyyət və s. faktorlar nəzərə alınır.

Deputat bildirib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada mühüm sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir:

“Bu xüsusda, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericiliyin minimum əmək haqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.

Bu baxımdan, minimum əmək haqqı məbləğinin müəyyən edilməsində dövriliyin milli qanunvericiliyimizdə nəzərdə tutulmaması Dünya Bankı Qrupunun Beynəlxalq “İşçi qüvvəsi” reytinqində geridə qalmağımıza səbəb olur”.

Millət vəkili əlavə edib ki, layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.

M.Quliyev qeyd edib ki, minimum əmək haqqı ölkə üzrə məcburidir və mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Əmək müqaviləsində göstərilən əmək haqqı minimum əmək haqqından aşağı ola bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti