...

Ötən il 159 zal nəzarətçisi köçürməyə şərait yaratdığına görə bazadan çıxarılıb - DİM

Cəmiyyət Materials 4 Fevral 2026 15:30 (UTC +04:00)
Ötən il 159 zal nəzarətçisi köçürməyə şərait yaratdığına görə bazadan çıxarılıb - DİM
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, bunlardan 286 nəfərin bazadan çıxarılması birbaşa imtahanla bağlıdır:

İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə — 346

Sosial məzuniyyətdə olduğuna görə — 122

Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və köçürməyə şərait yaratdığı (sual kitabçalarının, cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq və s.) imtahan rəhbəri tərəfindən müəyyənləşdirildiyinə görə — 159

Cavab kartını, cavab vərəqini, sual kitabçasını, yazı işi vərəqini səhv verdiyinə görə — 14
İmtahan iştirakçısı imtahan zalından cavab kartını və ya cavab vərəqini və ya yazı işi vərəqini çıxarıb — 10
İmtahan zalında imtahan rəhbəri tərəfindən telefon aşkarlandığına və ya özü ilə imtahan binasına telefon keçirdiyinə görə — 6

İmtahan zalını idarə edə bilmədiyinə və imtahan zamanı iştirakçılarla söhbət etdiyinə görə — 42
Sənədlərlə iş bacarığı və prosedur qaydalarına dair məlumatı zəif olduğuna görə (cavab vərəqini sual kitabçası zərfinə qoymaq, cavab vərəqini vaxtında təhvil almamaq, sual kitabçasını iştirakçıya vaxtından əvvəl vermək, iştirakçını səhv yerdə əyləşdirmək, iştirakçıları vaxtından əvvəl buraxmaq, imtahan zamanı zaldan çıxmaq) — 16

Etik davranış qaydalarını pozduqlarına görə — 14

Nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlarda iştirak etmədiyi üçün — 25

Müqavilə bağlamadığına və ya müqaviləyə xitam verdiyinə görə — 23

İşdən çıxdığına və ya təqaüdə çıxdığına görə — 114

Digər səbəblərlə (səhhəti imkan vermir, vəfat edib, ölkə xaricindədir, hərbi xidmətdədir, ailə vəziyyəti imkan vermir, direktor təyin edildiyinə görə, dövlət qulluqçusu olduğuna görə) — 44 nəfər kənarlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti