...

Abituriyentlərin imtahana qorxa-qorxa gəlməsini istəmirik - DİM sədri

Cəmiyyət Materials 4 Fevral 2026 16:36 (UTC +04:00)
Abituriyentlərin imtahana qorxa-qorxa gəlməsini istəmirik - DİM sədri
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz istəməzdik ki, abituriyentlər qorxa-qorxa imtahana gəlsinlər. Biz istəyirik ki, onlar, öz biliklərini yoxlamağa gəlsinlər.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbir çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, imtahan iştirakçıları kiməsə ümid bağlamamalı və nəticələrin hansısa yollarla dəyişdiriləcəyini düşünməməlidir:

"Lakin bəzi hallarda qaydaları pozan şəxslər təkcə öz nəticələrinə deyil, eyni zamanda ətrafında əyləşən digər abituriyentlərin imtahan prosesinə də maneə yaradır, onlara məsləhətlər verir və işləməyə imkan vermirlər. Bəzən yüksək nəticə göstərən abituriyentlərlə bağlı onların sinif yoldaşlarında suallar yaranır. Aparılan araşdırmalar nəticəsində belə halların üzə çıxdığı və qeyri-qanuni yolla əldə olunan nəticələrin ləğv edildiyi artıq bəllidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti