...

Ötən il təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarı məhdudlaşdırılıb

Cəmiyyət Materials 10 Fevral 2026 10:13 (UTC +04:00)
Ötən il təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarı məhdudlaşdırılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci il ərzində 3561 təhlükə potensialı obyektdə 37569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtib edilib. Aktlarda 14992 qayda pozuntusu qeydə alınıb, onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Trend xəbər verir ki, bu fikirləri bu gün FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Götürülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev Agentliyin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatın təqdimatı zamanı bildirib.

Agentlik rəsmisi bildirib ki, ötən il təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına qanunvericiliyə uyğun məhdudiyyət tətbiq edilib.

“Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib. Edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensialı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə 1087 ədəd çıxarış təqdim edilib.

Təhlükə potensialı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib.Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib”.

FHN rəsmisi əlavə edib ki, 2025-ci il ərzində müraciət edən şəxslərə nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 3405 ədəd şəhadətnamə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti