...

Həbsdən çıxan ata yoldaşını və övladlarını öldürəcəyini deyir - DİN araşdırmaya başladı

Cəmiyyət Materials 10 Fevral 2026 16:08 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial mediada yayılan iddiaların təfərrüatları ilə bağlı aidiyyəti üzrə ərazi polis idarəsində araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova sosial media hesabında narkotik asılısı olan atanın qızına cinsi zorakılıq edəcəyi ilə hədələdiyi barədə məlumat yayıb.

İddiaya görə, həmin kişi narkotik aludəçisi olaraq həbsdə qalıb, sonra amnistiya ilə çıxıb. Qadın Dəstək Xəttinə müraciət edən ana bildirib ki, özü və 3 azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti