Bakı.Trend:
2025-ci il ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəb olub.
Trend xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilir ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir.
"İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı, yaxud yanıb-sönən qırmızı işıqlı portativ fənər avtomobilin üstündə qoyula bilər",- məlumatda qeyd edilir.
