...

"MediHall Hospital”da qadının estetik əməliyyatdan sonra ölməsi faktı araşdırılır - AEM

Cəmiyyət Materials 16 Fevral 2026 12:53 (UTC +04:00)
"MediHall Hospital”da qadının estetik əməliyyatdan sonra ölməsi faktı araşdırılır - AEM
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (SN AEM) fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktına münasibət bildirib.

Trend-in sorğusuna cavab olaraq AEM-dən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar başlayıb:

"Medi Hall” hospitalla bağlı səlahiyyətimizə aid olan bütün məsələlər SN AEM tərəfindən ciddi araşdırılır".

xxx
11:42

Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti