Sentyabrın 22-də Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bədii gimnastika üzrə texniki komitəsinin prezidenti xanım Eqle Abruzzini Bakıya gələcək.
Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, qonaq Heydər Əliyev adına idman-konsert kompleksinin meydanında keçiriləcək dünya çempionatına hazırlıq işlərinin son mərhələsi ilə tanış olacaq.