...

AYAZ MÜTƏLLİBOVUN ŞİKAYƏTİ İLƏ BAĞLI APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARI VƏKİLƏ TƏQDİM OLUNUB

Cəmiyyət Materials 5 Oktyabr 2005 19:25 (UTC +04:00)

Oktyabrın 5-də deputatlığa namizəd Ayaz Mütəllibovun şikayəti ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı onun vəkili Fuad ağayevə təqdim olunub. Bu barədə Trend ə F.Ağayev məlumat verib.

F.Ağayev: "Apellyasiya Məhkəməsinin bu gün mənə təqdim olunan qərarı bütövlükdə Nəsimi rayon Məhkəməsinin qərarından köçürülüb. Hakim demək olar ki, birinci instansiya məhkəməsinin qərarını vergülünə-nöqtəsinə toxunmadan Apellyasiya Məhkəməsinin qərarına köçürüb. Biz bununla razılaşmırıq və hazırda Ali Məhkəməyə kassasiya şikayəti hazırlayırıq. Yaxın günlərdə ərizəni həmin instansiya məhkəməsinə təqdim edəcəyik".

Qeyd edək ki, sentyabrın 6-da Azərbaycan Respublikası Baş prokurorunun deputatlığa namizəd Ayaz Mütəllibov barəsində həbs qərarına dair Daxili İşlər Nazirliyinə verdiyi tapşırıqdan sonra Mütəllibov bu məsələni məhkəmə müstəvisində həll etmək qərarına gəlib. Lakin artıq iki məhkəmə instansiyası onun ərizəsinə baxaraq təmin eməyib.

Xəbər lenti

Xəbər lenti