...

ABŞ səfirliyi ərazisindəki mənzillərindən məcburi çıxarılmış sakinlər yenə də narazı qaldı

Cəmiyyət Materials 10 Dekabr 2005 13:56 (UTC +04:00)

Appelyasiya Məhkəməsində hakim Qurban Abbasovun sədrliyi ilə ABŞ səfirliyi ərazisindəki mənzillərindən məcburi çıxarılmış 8 ailənin işi üzrə proses yekunlaşıb. Məhkəmədən bildirilib ki, sakinlərin şikayəti qismən təyin olunub. Sakinlər isə məşkəmənin ədalətsiz qərarından narazı qalıblar. Onlara Bakı İcra Hakimmiyyəti tərəfindən ödənilməli məbləğ dəfələrlə azaldılıb, sakinlərin bir neçəsinə verilmiş mənzillər alınaraq dövlət hesabına keçirilib. Şikayətçi Maya Həsənovanın sözlərinə görə, əvvəlki məhkəmə qərarında onlara mənzillə bərabər 500 min ABŞ dollarının ödənilməsi şəhər meriyasının üzərinə goyulmuşdu. Narazı sakinlər Appelasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Xatırladaq ki, 1999-cu ildən bu mübahisə ilə bağlı dəfələrlə məhkəmə qərarı çıxarılıb. Sonuncu qərar ötən ilin noyabrında sakinlərin xeyrinə çıxarılsa da, meriyanın şikayətindən sonra Ali Məhkəmənin plenumu bu qərarı ləğv edib, işi yenidən araşdırmaq üçün Appelyasiya Məhkəmsinə göndərib.

Xəbər lenti

Xəbər lenti