...

Olimpiya çempionu Fərid Mansurov gələn il xalça üzərinə qayıdır

Cəmiyyət Materials 10 Dekabr 2005 14:33 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov gələn il xalça üzərinə qayıda bilər.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov Trend ə bildirib ki, atlet aldığı travmadan sonra bütün cari ili boş buraxıb. Amma indi pəhləvanın işləri yaxşıdır və o, gələn il mübarizəyə qoşulmağa ümid edərək uğurla özünü hazırlayır. "Demək olar ki, Fərid aldığı zədələrdən sonra özünə gəlir və indi idmançı formaya düşməyə başlayıb. Beləliklə, mən əminəm ki, biz yaxın mövsümün bütün əhəmiyyətli döyüşlərində onu görəcəyik" -deyə C.Qurbanov qeyd edib.

Qeyd etmək lazımdır ki, F.Mansurov bu il yalnız Rusiyada nüfuzlu İvan Yarıgin turnirində çıxış edib və qızıl medal qazanıb.

Xəbər lenti

Xəbər lenti