...

Andrey Şevçenkonun Azərbaycan yığması ilə oyunda iştirakı aydınlaşdırılmayıb

Cəmiyyət Materials 21 Fevral 2006 17:18 (UTC +04:00)

Ukrayna yığmasının lideri Andrey Şevçenkonun Azərbaycan ilə fevralın 28-də T.Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşündə iştirakı aydınlaşdırılmayıb.

Trend İtaliya KİV-ə istinadən bildirir ki, "Milan"ın hücumçusu "A" qrupunda "Trevizo"ya qarşı oyunda zədə alıb və bu, ona ümumi qrupda məşq etməyə imkan vermir. Bununla bağlı olaraq forvard çempionlar Liqasının 1/8 finalının fevralın 21-də Münhendə "Bavariya"ya qarşı keçiriləcək ilk oyununu da buraxa bilər.

A.Şevçenkonun Bakıya gəlişi həm də ona görə çətindir ki, fevralın 26-da "Milan"ın İtaliya çempionatında təqvim oyunu vardır, buna görə də ukraynalının Azərbaycanın paytaxtına gəlməsi imkanı azdır.

Xəbər lenti

Xəbər lenti