...

Jurnalistlərə "Tərəqqi" medalı, "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar jurnalsit fəxri adları təqdim olunub

Cəmiyyət Materials 28 Fevral 2006 16:07 (UTC +04:00)

Fevralın 28-də Beynəlxalq mətbuat mərkəzində jürnalistlərin fəxri adlar və medallarla təltif olunması mərasimi keçirilib. Trend in məlumatına görə, 140 nəfər jurnalist prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli mətbuatının 120 illik yubileyi ilə əlaqədar "Tərəqqi" medalı, "Əməkdar Mədəniyyət İşçisi", "Əməkdar jurnalist" fəxri adları ilə təltif olunub.

Tədbiri giriş sözü ilə Prezidentin icra aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə açıb. O çıxışında qeyd edib ki, bu jurnalistlər milli mətbuatın yubileyi ilə bərabər həm də, "Molla Nəsrəddin" junalının 100 illik yubileyinin təsadüf etdiyi bir vaxtda mükafatlandırırırlar. "Əkinçi", "Şərqi rus", "Molla Nəsrəddin" və digər mətbu şnəşrlərin adlarını çəkən

F.Abdullazadə qeyd edib ki, Azərbaycan milli mətbuatının əsası, bünövrəsi sayılan bu qazetlər bizim milli xəzinəmizdir. Onun sözlərinə görə, Azərbaycanın müasir KİV-nin hər birində bu mətbu nəşrlərin izləri, bəhrəsi görünməkdədir.

Sonra F.Abdullazadə jurnalistlərə mükafatlarını təqdim edib. 76 nəfərə "Tərəqqi" medalını, 27 nəfərə "Əmkdar mədəniyyət işçisi" və 37 nəfərə "Əməkdar jurnalist" fəxri adlarını daşıyan diplomları təqdim edib.

"AzərTac" Dövlət teleqraf agentliyinin 85 illiyi münasibətilə prezidentin sərəncamına əsasən, agentliyin 15 nəfər əməkdaşı "Tərəqqi", 6 nəfəri isə "Əməkdar Mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti