...

Peşəkar boksçu Azad Əzizov daha bir qələbə qazanıb

Cəmiyyət Materials 25 Mart 2006 12:32 (UTC +04:00)

Azərbaycanlı boksçu Azad Əzizov Sankt-Peterburqda "Giqant-Xoll" kazinosunda keçirilən peşəkar boks axşamı çərçivəsində rinqdə növbəti qələbə qazanıb.

Trend in məlumatvna görə, yarıyüngüd çəkidə çıxış edən atletimiz Noriman Atayevlə 8 raundlu döyüşə çıxış. Görüşdə qalib müəyyən olunmayıb və heç-heçə başa çatıb. Lakin hakimlər A.Əzizovun daha güclü olması qənaətinə gəliblər. Dünən proqramı başa vuran sparrinq şübhəsiz ki, boksçumuzun reytinqinə hesab xalı əlavə edəcək.

Qeyd etmək lazımdır ki, A.Əzizov - N.Atayev görüşünün başlanmasına qədər kazinoda daha dörd görüş keçirilib. Onlardan biri Aleksandr Kotlaboyun iştirakı ilə keçirilib. Həmin görüşdə Əli İsmayılov qalib gəlib. Bu yaxınlarda rusiyalı Vadim Tokarevə uduzan Ə.İsmayılov növbəti döyüşü mayın əvvəllərində keçirəcək.

Xəbər lenti

Xəbər lenti