...

Azərbaycan Kubokundakı qələbə "Qarabağ" üçün UEFA Kubokuna yol açacaq

Cəmiyyət Materials 3 İyun 2006 13:58 (UTC +04:00)

"Biz öz şansımızdan istifadə etmək niyyətindəyik və UEFA Kubokuna yolumuzu açacaq Azərbaycan Kubokunu qazanmağa çalışacağıq". Bu barədə Trend ə milli trofey uğrunda "Karvan"a qarşı 3 iyunda "Şəfa" stadionunda baş tutacaq final oyununun ərəfəsində "Qarabağ" komandasının baş məşqçisi Böyükağa Ağayev xəbər verib.

O, həmçinin, qeyd edib ki, komanda bütün qüvvəsini Kubokun qazanılmasına yönəldib və bunun üçün bir addım qalıb. B.Ağayev bildirib: "Şübhəsiz ki, "Karvan" güclü rəqibdir, lakin "Qarabağ" bu ilki oyunda "Bakı" və "Neftçi" komandalarına qalib gələrək, dəfələrlə öz gücünü göstərib". Eyni zamanda o təəssüflənib ki, klubun diskvalifikasiya olunmuş kapitanı Aslan Kərimov onlara kömək edə bilmir.

Xəbər lenti

Xəbər lenti