...

Qazax rayonunda nadir ağac növünün qırılması faktı aşkarlanıb

Cəmiyyət Materials 5 İyun 2006 19:26 (UTC +04:00)

Qazax rayonunda Eldar şamının qanunsuz qırılması faktı aşkarlanıb. Trend agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər dairə şöbəsinin əməkdaşları tərəfindən parkların birində keçirilmiş reydlər zamanı müxtəlif diametrli 3 ağacın kəsildiyi aşkarlanıb.

Araşdırmalar zamanı həmin sahənin bələdiyyə orqanı tərəfindən qanunsuz olaraq bir vətəndaşa satıldığı üzə çıxıb.

"Hazırda faktın rəsmiləşdirilməsi üzrə iş gedir" - deyə Ekologiya Nazirliyində qeyd olunub.

Nazirlik bundan sonra da Azərbaycanın "qırmızı kitab"ına salınmış həmin ağac növünün kəsilməsinə qarşı mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti