Azərbaycanın boks komandası Minskdə başlamış beynəlxalq turnirdə iştirak edəcək.
Trend in xəbər verdiyi kimi, kollektivin tərkibinə "Rabitəçi" İdman Cəmiyyətini təmsil edən Fərhad Əcəlov (64 kq), Aslan Bayramov (69 kq), Rahib Bəylərov (75 kq), Cəbi Sayılov və Zaur Teymurov (hər ikisi 81 kq) daxildir. Komandanın məşqçisi Rasim Məmmədovun sözlərinə görə, ölkədə boksun inkişaf etməsini nəzərə alaraq onun yetirmələri bir neçə mükafat qazanmaq əzmindədir. Ancaq bu onlar üçün o qədər də asan olmayacaq. Belə ki, turnirdə Türkiyə, Ukrayna, Rusiya və digər ölkələrdən güclü dəri əlcək ustaları iştirak edir. Yarışa 8 ölkənin 100-dən çox boksçusu qatılıb.