...

Azay Quliyev: "Əfv fərmanın verilməsinə sadə yanaşmaq olmaz"

Cəmiyyət Materials 28 İyun 2006 15:29 (UTC +04:00)

Əfv fərmanın verilməsinə sadə yanaşmaq olmaz. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası prezidentinin yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev bəzi QHT rəhbərlərinin prezident tərəfindən əfv fərmanının veriləcəyi ilə bağlı səsləndirdikləri bəyanatlara münasibət bildirərəkən qeyd edib.

Millət vəkili bildirib ki, əfv fərmanının verilməsinə ciddi baxmaq lazımdır: "Bu, o qədər də asan bir proses deyil. Elə dövlətlər var ki, orada əfv fərmanı 6 ildən bir imzalanır. Hər hansı bir əlamətdar gündə əfv vermək olmaz. Hüquqi baxımdan bu, prezidentin səlahiyyətindədəir. Dövlət başçısı istənilən vaxt bu fərmanı verə bilər. Əfv Komissiyasına müraciətlər daxil olmaqdadır. Proses nə vaxt yekunlaşacaq, prezident əfv fərmanını nə vaxt imzalayacaq, bu məsələ hüquq müdafiəçilərinin səlahiyyətindən kənardadır. Prezidentin nə vaxt əfv verəcəyi ilə bağlı səslənən bəyanatlar hüquqi etikadan kənardır".

A.Quliyev onu da vurğulayıb ki, aministiyanın verilməməsinin səbəbi çoxlu sayda əfv fərmanlarının verilməsi ilə bağlıdır: "Prezidentin əfv fərmanları ilə son iki ildə təxminən 2300-ə yaxın məhbus azadlığa buraxılıb. Bu da onu göstərir ki, indi geniş aministiyanın verilməsinə ehtiyac yoxdur. Aministiya hər bir məhbusa şamil olunmamalıdır. Ancaq əgər təmsil olunduğum dövlət quruculuğu və hüquqi siyasət məsələləri daimi komissiyasında aministiya ilə bağlı sənəd müzakirə edilərsə, mən ona səs verərəm".

Xəbər lenti

Xəbər lenti