...

Qafqazın şeyxülislamı bütün dini liderləri Azərbaycanın haq işini dəstəklənməyə çağıracaq

Cəmiyyət Materials 30 İyun 2006 16:24 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam hacı Allahşükür Paşazadə dünyanın bütün dini liderlərini Azərbaycanın haq işini dəstəkləmək məsələsində həmrəyliyə çağıracaq. QMİ-dən Trend ə verilən məlumata əsasən, bu barədə o, iyulun 3-5-də Moskvada keçiriləcək Dini Liderlərin Ümumdünya Zirvə Görüşündə bəyan edəcək.

Zirvə görüşündə aşağıdakı mövzular müzakirə olunacaq: müasir cəmiyyətdə dinin rolu, müasir cəmiyyətdə dini və mənəvi dəyərlərin müdafiə və təsdiqi və dinin buna görə məsuliyyəti, terorizm və ekstremizmin qarşısının alınması yolları, təhsil və gənclərin mənəvi tərbiyəsinə ehtiyac, ailə və insan həyatı dəyərlərinin dəstəklənməsi, KİV-in rolu, ekoloji məsuliyyət, dialoq və tərəfdaşlıq və s.

Görüşün yekunları üzrə Böyük Səkkizlik dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək zirvə görüşündə təqdim olunacaq müraciət qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti