İsti iyun günlərindən sonra iyulun ilk həftəsində havanın hərarətinin aşağı düşəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyevanın Trend ə verdiyi məlumata görə, iyulun 2-də günün 2-ci yarısından başlayaraq axşama yaxın havanın hərarəti aşağı düşəcək və 22-27 dərəcə arasında olacaq.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında güclü şimal küləyinin əsəcəyi proqnozlaşdırılır. Bəzi regionlarda qısa müddətli yağış yağacağı, daha sonra leysanla əvəz olunacağı gözlənilir.